Ukraynalı qaçqınlar Diia.pl elektron sənədi ilə Avropa İttifaqının (Aİ) sərhədlərini keçmək hüququ əldə ediblər.

"Leqal.info" xəbər verir ki, bu barədə Polşa hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

“Polşa Avropa Komissiyasına ukraynalı qaçqınlar üçün keçərli olan elektron sənəd – Diia.pl sənədi barədə məlumat verib. Bu sənəd onların Polşada qanuni qalmasını təsdiqləyir və onlara Aİ daxilində səyahət etmək, eləcə də onun xarici sərhədlərini keçmək imkanı verir. Bu, Aİ-də ilk tam rəqəmsal yaşayış icazəsidir”, – məlumatda deyilir.