Hipkins Leyborist Partiyasının nümayəndəsi Dunkan Debb Yeni Zelandiyanın təhsil naziri Kris Hipkinsin partiyanın yeni lideri üçün yeganə namizəd olduğunu və seçildikdən sonra baş nazir olacağını qeyd edib.

Leqal.info xəbər verir ki, “Leyboristlər Partiyasının fraksiya iclası bazar günü saat 13:00-da (Bakı vaxtı ilə 04:00) baş tutacaq və orada yeni lider olaraq Kris Hipkinsin namizədliyi təsdiqlənəcək”.
Yeni Zelandiya qaydalarına əsasən, son seçkilərdə parlamentdə ən çox yer qazanan partiyanın lideri ölkənin baş naziri vəzifəsinə yüksəlir.
Leyla Kamil
Leqal.info