Leqal.info xəbər verir ki, Şolzun sözlərinə görə, vəziyyətlə əlaqədar “tamamilə fərqli” fikirlərə rəğmən, belə danışıqlar əsnasında ton qeyri-etik olmur.
Almaniya kansleri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını “dəhşətli mənasız müharibə” deyə qələmə verib:
“Bəzən söhbət taxıl ixracı, məhbusların mübadiləsi, Zaporojye AES-in konkret məsələlərindən gedirdi. Lakin mənim üçün vacib olan odur ki, söhbət hər zaman konkret mövzuya qayıdır-dünya bu acınacaqlı vəziyyətdən necə çıxa bilər? Bunun şərtləri bəllidir: Rus qoşunlarının xaric edilməsi”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov yanvarın 29-da Almaniya kansleri Oalf Şolzla Rusiya prezidenti Vladimir Putinin qrafiki ilə əlaqədar hazırda razılaşdırılmış danışıqlar olmadığını bildirib.
Leyla Kamil
Leqal.info