Leqal.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yayıb.
Bildirilib ki, zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada zərərin qiymətləndirməsi aparılıb:
"Nəticələrə əsasən, Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkmiş Kayseri, Niğde və Kilis də daxil olmaqla, 13 vilayətdə zərər qiymətləndirmə işləri davam etdirilir. Bu işə 6 mindən çox mütəxəssis cəlb edilib".