“Tələsmək lazımdır. Rusiyanın potensialını məhdudlaşdırmaq məqsədilə qərarlarımızın, razılaşmalarımızın sürətini artırmağa, çatdırılmanı sürətləndirməyə ehtiyacımız var. Sürətin alternativi mövcud deyil, çünki həyat sürətdən asılıdır. Gecikmək hər zaman səhv olduğu kimi indi də səhvdir. Biz müasir tanklar vasitəsilə müdafiəmizi necə gücləndirməklə bağlı danışıqlar apararkən, Kreml Moldovanı boğmağın üsulları barədə düşünür. Aydındır ki, Ukrayna Putin işğalının son dayanacağı olmayacaq və o, başqa keçmiş Sovet ölkələrinə sarı irəliləməyə davam edəcək”, - Zelenski bildirib.
Leyla Kamil
Leqal.info