Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Rumıniyanın Buxarestdəki “Rus Evi”nin fəaliyyətini dayandırması barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzminin ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunduğu və sözügedən qərarla əlaqədar məlumat verildiyi nazirlik tərəfindən bildirilib.
Qeyd edək ki, “Rus Evi”nin fəaliyyətinin dayandırılması prosesi ən gec bu ilin 20 avqust tarixinə kimi yekunlaşacaq.
Elnurə Fərhadqızı
Leqal.info