NATO-nun mətbuat xidməti NATO-nun müttəfiqlərinin Türkiyədə güclü zəlzələ nəticəsində evlərini itirənlər üçün çadırlar göndərməsi barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, bu gün içində 500 çadır olan C-17 ağır yük təyyarəsinin Türkiyənin İncirlik hava limanına çatdığı və uçuşu İsveçin təşkil etdiyi qeyd olunub.
NATO tərəfindən, həmçinin müvəqqəti sığınmaq məqsədilə 1000-ə yaxın konteyner göndərilir və konteynerləri daşıyan ticarət gəmisi 19 fevralda İtaliyanın Taranto limanından Türkiyəyə yola düşüb və bu həftə Türkiyə çatacağı bildirilir.
Elvin Mahmudlu
Leqal.info