Zelenskinin növbəti müddətdə prezidentliyə namizəd olmasını istəmirəm.

Leqal.info xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelna Zelenskaya “The Economist”ə müsahibəsində bildirib.

Ona müharibədən sonra Ukraynanın gələcəyi və öz ailəsi ilə bağlı planlar barədə sual verilib:

“Ailəmiz qovuşacaq. Ərim və uşaqlarımla hər zaman bir yerdə yaşayacağıq. Bundan sonra fərqi yoxdur məzuniyyətə çıxıb haradasa dincəlmək istəyirəm”.

Zelenskaya qeyd edib ki, bundan sonra nə edəcəklərinə qərar verəcəklər.

Qeyd edək ki, Ukraynada seçkilər yalnız hərbi vəziyyət başa çatdıqdan sonra keçiriləcək.

Ali Rada 2024-cü ilin martında keçirilməsi planlaşdırılan seçkiləri ləğv edib.

Leqal.info