Bakıda evdə yanğın olub.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin digər hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə dəstələri tərəfindən söndürülüb.

Elnurə Vahidqızı
Leqal.info