Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində baş verib.

Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana Nəcəfova Mərcan Bağır qızı və oğlu 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova dünyasını dəyişib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilən A. Nəcəfovun isə vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info