Ucarda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə BakI-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

“Mercedes” markalı minik avtobilinin hərəkətdə olarkən qəfildən idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı 2014-cü il təvəllüdlü Aynişan Elnur qızı Abdullayeva ölüb, 1965-ci il təvəllüdlü Kəmalə Zabit qızı Nəsibova, 1992-ci il təvəllüdlü Səidə Nazim qızı Nəsibova və 2019-cu il təvəllüdlü Ruqiyyə Elmir qızı Abdullayeva xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info