Şərur rayonunda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza zamanı motosiklet divara çırpılıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Şərur rayon Yaycı kənd sakini, Nadirov Kamil Əhməd oğlu xəsarət alıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info