Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində baş verib. "VAZ-2106" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info