Sumqayıtda avtomobillər toqquşub.

Leqal.info xəbər verir ki, 1995-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə, 1959-cu il təvəllüdlü Tofiq Kərimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.

Nəticədə Tofiq Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info