Bərdədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "Mercedes" markalı, 02 BU 097 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn "VAZ 2106” markalı, 10 BA 126 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info