Leqal.info xəbər verir ki, hadisə Qaradağ rayonunda, “Qaradağ” marketin qarşısında olub.
İlkin məlumata əsasən, iki yük maşını toqquşub, daha sonra digər avtomobillərə çırpılıb. Qəza nəticəsində 20-yə yaxın avtomobilə ziyan dəyib
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info