Hacıqabulda ölümlə nəticələnən avtoqəza olub.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində baş verib. Qəzada yaralanan kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info