Hacıqabulda piyadanın vurulması ilə nəticələnən qəza olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Neyniman kəndində baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1951-ci il təvəllüdlü Həsənov Günəş Ağasəlim oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info