Bu gün axşam saat altı radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində ölümlə nəticələnən qəza olub.

Leqal.info xəbər verir ki, hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info