Cəlilabad rayonunda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə nəticəsində Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Nübar Məmmədli, 1992-ci il təvəllüdlü Əhliman Məmmədli və 2016-cı il təvəllüdlü Mehin Qurbanlı xəsarət alıblar.

Xəsarət alan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info