Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Adnalı kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı avtomobillə "VAZ" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 5 nəfər rayon sakini - 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1978-ci il təvəllüdlü Rasim Şəbiyev, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova və 2000-ci il təvəllüdlü Məlahət Nadirova xəsarət alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info