Cəlilabadda 80 yaşlı kişini avtomobil vurub.

Leqal.info xəbər verir ki, 1991-ci il təvəllüdlü Əhmədov Ramin Xanoğlan oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 1943-cü il təvəllüdlü Əliyev Yağub Qulam oğlunu avtomobillə vurub.

Piyada Cəlilabad rayon Mərkəzi xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info