Bərdədə avtomobil velosipedçini vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Qarağacı kəndində baş verib.

1969-cu il təvəllüdlü Məhərrəm Hüseynov idarə etdiyi "Mercedes Benz e 240" markalı avtomobillə yolda hərəkətdə olan velospiedçi 1983-cü il təvəllüdlü Babək Musayevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info