Leqal.info xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib.
Məftun Abdullayev idarə etdiyi "VAZ-21703" markalı avtomobillə 2003-cü il təvəllüdlü velosipedçi Namiq İlyasovu vurub, daha sonra avtomobil beton dirəyə çırpılıb.
Qəza nəticəsində xəsarət alan velosipedçi və avtomobilin sürücü, sərnişinləri - 1998-ci il təvəllüdlü Tünzalə Abdullayevə, 2021-ci il təvəllüdlü Nilay Abdullayev xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə rəğmən velosipedçi Namiq İlyasov dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Elvin Mahmudlu
Leqal.info