Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza Binə qəsəbəsində, magistral şossedə baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info