Kəngərlidə rayonunda tikinti uçub, iki usta ciddi xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində baş verib.

Tikilinin uçması nəticəsində Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu və Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu dağıntının altında qalıblar.

Qəsəbə sakinlərinin köməkliyi ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info