Abşeronda iki avtomobil toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

2001-ci il təvəllüdlü Nicat Süleymanlının idarə etdiyi "Mercedes" markalı avtomobillə Vüqar Quliyevin idarə etdiyi "Ravon Nexia" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Nicat Süleymanlı hadisə yerində dünyasını dəyişib. Vüqar Quliyev və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info