Cəlilabad rayonunda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info