Cəlilabad rayonunda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində üç rayon sakini - 1963-cü il təvəllüdlü Şamil Əliyev, 1970-ci il təvəllüdlü Ceyran Abışova və 1987-ci il təvəllüdlü Günay İbayeva xəsarət alıblar.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info