Leqal.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Üç minik avtomobilinin iştirakı ilə olan zəncirvarı yol qəzasında bir nəfər - Şəki rayon sakini Elvin Şaban oğlu Əliyev xəsarət alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info