Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib.

Hərəkətdə olan "Ford " və "Mercedes" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info