Leqal.info xəbər verir ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində baş verib.
1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi "Opel" markalı avtomobillə şəxsiyyəti məlum olmayan, 55-60 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info