Gəncədə 26 yaşlı oğlan dərmandan zəhərlənib.

Leqal.info xəbər verir ki, Kəlbəcər rayon sakini, 1997-ci il təvəllüdlü Sahib Məmmədzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Yaxınları tərəfindən Sahibin sevgilisi ilə ayrıldıqdan sonra kənd təsərrüfatı təyinatlı dərman içdiyi bildirilib.

Elvin Mahmudlu
Leqal.info