Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

“VAZ 2106” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info