Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü Vüqar Məmmədov və 1980-ci il təvəllüdlü Xalidə Asimov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info