Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, 1968-ci il təvəllüdlü Fazil Alıyev bədənin bir çox hissəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən 55 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, F.Alıyev dostu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info