Ağstafa sakininə bizlə xəsarət yetirilib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 1973-cü il təvəllüdlü Zülfiqar İsayev kürək nahiyəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata əsasən, Z.İsayevi qonşusu bizlə vurub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info