Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə, sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info