Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan VAZ markalı minik avtomobili traktorla toqquşub. Qəza zamanı xəsarət alıb xəstəxanaya yerləşdirilən 6 nəfərin vəziyyətinin kafi olduğu bildirilir.

Elvin Mahmudlu
Leqal.info