Zaqatalada minik avtomobilləri toqquşub.

Leqal.info xəbər verir ki, hadisə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Çobankol sakini xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən yaralıların hazırda müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info