Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan 2 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info