Biləsuvarda yol qəzası olub.

Leqal.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar şəhəri ərazisində baş verib. BMW markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kənd sakini Gülər Qulam qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info