Abşeronda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, Əfsər Hacıyevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Ziyad İsmayılovun idarə etdiyi "VAZ 21902" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan minik avtomobilinin sürücüsü Ziyad İsmayılov xəstəxanaya yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info