Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə traktor toqquşub.

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info