Balakəndə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhərində baş verib. Balakən şəhər sakini, 1959-cu il təvəllüdlü Hürü Camal qızı Əmiraslanovanın sirkə turşusu içərək zəhərləndiyi bildirilir. 64 yaşlı qadın zəhərlənmədən yaşadığı ünvanda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info