Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunda, Sərhədabad kəndi yaxınlığında baş verib. Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili qarşıda gedən "VAZ-2107" markalı maşına çırpılıb. Qəza nəticəsində "Priora" idarəetməni itirib və yol kənarına çıxıb. Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info