Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, "VAZ-2106" markalı iki avtomobil və "Mercedes" markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər- 1956-ci il təvəllüdlü Mirhəsən Abdullayev və 1988-ci il təvəllüdlü Cavid İsmayılov xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info