Ağsuda avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Ağsu dolaylarında baş verib.

Belə ki, idarəetmənin itməsi nəticəsində maşın işıq dirəyinə çırpılıb, sürücü və sərnişini xəsarət alıb.

Qəza nəticəsində Ağsu sakini, 1982-ci il təvəllüdlü Cəfərov Saleh Rövşən oğlu və Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Əlizadə Amil Cəfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Ağsu rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info