Oğuzda minik avtomobili aşıb.

Leqal.info xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Oğuz-Kərimli-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər, Kəlbəcər rayon sakini Sadiq İsmayıl oğlu Əhmədov və Oğuz rayonu Padar kənd sakini Ruslan Qənimət oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına(RMX) aparılıblar.

Yaralılara Oğuz RMX-da ilkin yadım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info



Elvin Mahmudlu
Leqal.info