Oğuzda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info